The Guardian: “Qərb dilemma içindədir”

image-1125331backend

Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyədəki seçkiləri yaxından izləyən İngiltərənin “The Guardian” qəzeti, “Ərdoğan Türkiyədəki 20 illik hakimiyyətini uzadarkən Qərb qorxu və ümid arasında qalıb”, – başlıqlı təhlil dərc edib.

Busaat.az xəbər verir ki, The Guardian Qərbin qorxularını analiz edib:

“Bir tərəfdən Qərb qorxur ki, Ərdoğan yenidən prezident seçilməsindən istifadə edərək NATO-nun qurucu üzvü Türkiyəni liberal və dünyəvi Qərbdən daha da uzaqlaşdıracaq. Digər tərəfdən, yenidən namizəd olmayacağına görə millətçi elektorata müraciət etmək məcburiyyətində qalmayacağına, xarici siyasətini özünü qoruma üzərində formalaşdıracağına ümid edir”.

Ərdoğanın qərarlarının əhəmiyyətinin təkcə Türkiyə, NATO və Rusiya və Ukrayna arasında müharibə bitdikdən sonra ortaya çıxacaq nizam üçün olmadığını ifadə edən The Guardian, “Əsas məsələ Ərdoğanın Putinin toruna düşməməsidir”, – yazıb.

Daxili işlər naziri Süleyman Soylunun ABŞ və Qərbə qarşı ritorikası ilə bağlı The Guardian bildirib: “O, kampaniya zamanı qərbyönlü meyllər göstərən hər kəsin xain olduğunu söyləyib. Bəlkə də bu, sadəcə bir kampaniya ritorikası idi, amma bu, Türkiyədəki zehniyyəti göstərir”.

The Guardian Ərdoğanın ilk sınağının Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində olacağını və İsveçin NATO-ya üzvlüyünə veto qoymasının götürülməsinin Türkiyədən tələb olunacağını şərh edib.

Britaniya qəzeti bildirir ki, Ərdoğan İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırarsa, Co Bayden F-16-ların satışını təsdiqləyəcək və Türkiyə ilə yeni səhifə açmağa hazır olacaq.

“Vaşinqton Türkiyəyə sanksiya tətbiq olunarsa, Ərdoğanın Putinin toruna düşəcəyi qorxusuna görə sanksiyalar tətbiq etmək istəmir”, – deyən təhlildə Türkiyənin Rusiyaya qarşı sanksiya tətbiq etmək istəmədiyi də vurğulanıb.

Təhlil aşağıdakı qiymətləndirmələri də əhatə edib:

“Qərb Ərdoğanın Səudiyyə Ərəbistanı, Suriya, Misir və Ermənistan kimi qonşuları ilə gərginliyi azaltmaq planlarını dəstəkləyir. Türkiyənin Avropa İttifaqına daxil olması isə, yenə də təxirə salınmağa yaxın görünür”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki