
Thwaites buzlağında ərimə sürətlənir - ARAŞDIRMA
Qərbi Antarktidada yerləşən Thwaites buzlağının çatlarına sızan isti suyun əriməni sürətləndirdiyi açıqlanıb.
Busaat.az xəbər verir ki, ABŞ və Britaniya alimlərindən ibarət komanda 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində buzlaqda təxminən altı həftəlik araşdırma aparıb.
Araşdırmalar göstərir ki, ilıq suyun yarıqlara doğru hərəkət etməsi nəticəsində təxminən ABŞ-ın Florida əyaləti böyüklüyündə olan buzlaqda ən az 30 metr yanal ərimə meydana gəldiyi ortaya çıxıb.
Tədqiqatçılar bildirirlər ki, buzlaqdakı yarıqlar və terraslar vasitəsilə ərimə Thwaites buzlaqının şelfinin dağılmasına səbəb ola bilər.
“Biz bu buzlaqların dəyişdiyini, bunun okeanın temperaturu ilə əlaqəli, olduğunu və atmosferin istiləşdiyini bilirdik”, – deyə Britni Şmidt CNN-ə bildirib.
Tədqiqatçılardan biri Peter Davis buzlaqın əriməsi ilə yanaşı, şelfində də sürətli geri çəkilmənin olduğunu bildirir.
Alimlərin hesablamalarına görə, Thwaites Qərbi Antarktidada təbii bənd rolunu oynayır və bu buzlaq çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.
Qeyd edək ki, araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Busaat.az























