TikTok gizliliyin pozulmasına görə 92 milyon dollar ödəyəcək  

image-1backend

TikTok istifadəçilərinin icazəsi olmadan şəxsi məlumatları toplaması iddiası ilə açılan kollektiv məhkəmə işlərinin həlli üçün 92 milyon dollar ödəməyi qəbul edib.

Busaat.az  xarici KİV-ə istinadən xəbər verir ki, TikTok gizliliyin pozulmasına görə 21 məhkəmə işi ilə bağlı ABŞ-a pul ödəyəcək.

“İddialara qatılmasaq da, TikTok olaraq istifadəçilər üçün etibarlı və xoş bir təcrübə yaratmağa fokuslanmaq istəyirik”, – şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, TikTok-un ABŞ-da 100 milyon istifadəçisi var. Tətbiq xüsusən gənc ameriakalılar arasında populyardır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90