
Times-dən İDDİA: Britaniya ordusunun zəifliyinə görə dünya dövləti olduğunu iddia edə bilməz
Britaniya silahlı qüvvələrinin vəziyyəti Britaniyaya dünya dövləti statusunu tələb etməyə imkan vermir.
Busaat.az xəbər verir ki, bu iddia ilə “The Times” qəzetində bir köşə yazarı çıxış edib.
Ekspertin sözlərinə görə, Britaniya qüvvələri silah və hərbi texnika çatışmazlığından, eləcə də əsgərlərin sayının azalmasından əziyyət çəkir.
O hesab edir ki, vəziyyəti düzəltmək üçün London müdafiə xərclərini artırmalıdır. Bununla belə ekspert Britaniya sənayesinin məhdud imkanlarına diqqət çəkib. Yazar qeyd edib ki, əksinə ölkə Almaniyadan tanklar, Fransadan isə tank əleyhinə raketlər sifariş etməli olur.
Busaat.az























