
Timoşenko: "Rusiya hücumları nəticəsində 10 sivil ölüb"
Ukraynanın müxtəlif bölgələrinə Rusiya tərəfindən təşkil edilmiş hücumlarda 10 sivilin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Kirilo Timoşenko öz rəsmi Telegram hesabında açıqlamada məlumat yayıb.
Timoşenko, ölkəsinin Dnepr, Xarkov, Zaporojye, Donetsk və Xerson bölgələrinə yönəlmiş hücumlar nəticəsində 10 sivilin öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib.
Bundan əlavə, Ukrayna Qərargah rəisinin rəsmi saytı Rusiya ordusunun 24 Fevral-16 Oktyabr tarixlərində verdiyi itkilərə dair açıqlama yayıb. Rusiya ordusunun bir gündə daha 300 əskərini itirdiyi və bununla da toplam 65 min əskərin həlak olduğu bildirilən açıqlamada, Rusiyaya məxsus 268 təyyarə, 242 vertalyot, 2 min 529 tank, 5 min 193 zirehli maşın, 1 589 top, 365 raketatan və 186 hava hücumundan müdafiə sisteminin məhv edildiyi bildirilib.
Açıqlamada Rusiyaya aid 3 min 959 maşın, 16 gəmi və yüngül sürətli qayıq ilə 1 224 pilotsuz uçuş aparatının da məhv edildiyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Müdafiə naziri Serqey Şoyqu 21 Sentyabrda Ukraynada baş verən müharibədə 5 min 937 Rus əskərinin həyatını itirdiyini açıqlayıb.
Busaat.az























