Tixanovskaya Rusiyaya videomüraciət etdi

Tixanovskaya Rusiyaya videomüraciət etdibackend

Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya Rusiya rəhbərliyi və xalqına videomüraciət ünvanlayıb.

Busaat.az xəbər verir ki, sözügedən videomüraciət S.Tixanovskayanın mətbuat xidmətinin “Telegram” kanalında yayımlanıb. Hazırda Litvada olan Tixanovskaya müraciətində Belarusdakı etirazların heç vaxt Rusiyaya qarşı yönəlmədiyini bildirib.

“Heç bir mərhələdə bu, Rusiyaya qarşı mübarizə deyildi və əminəm ki, belə olmayacaq”,- deyə o, qeyd edib.

O, media və siyasətçilərin iki ölkə xalqları arasındakı münasibətlərə zərər verə biləcək məlumatlarına etibar etməməyə çağırıb: “Təbliğat mediasına və siyasətçilərə inanmayın, xalqlarımız arasındakı münasibətləri korlamalarına icazə verməyin”.

https://youtu.be/Jh2wFDxhXJQ

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90