Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.41 $▲1.07%
  • WTI neft86.57 $▲1.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.302 $▲2.77%
  • Qızıl4 054 $▼1.73%
  • Gümüş52.33 $▼1.73%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.25 ¢▲0.76%
  • Bitcoin73 649 $▼0.07%
  • Ethereum2 060 $▲0.45%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Tokayev İlham Əliyevə təşəkkür etdi

image-1e676e4b-3a2e-3e7f-b127-a01a41011672_850-6-jpeg-1747827415
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türk Dövlətləri Təşkilatının (TDT) potensialından neft, qaz, uran və dünya bazarlarında tələb olunan digər malların təchizat zəncirlərinin diversifikasiyası üçün istifadə edilməlidir.

Busaat.az  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Budapeştdə Türkdilli Dövlətlər Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.

“Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın Avropaya neft ixracının artırılmasına yönəlmiş səylərinə dəstəyinə görə minnətdarlığını ifadə edib”, – “Akorda”nın mətbuat xidmətinin məlumatında deyilir.

Bundan əlavə, Qazaxıstan lideri son vaxtlar beynəlxalq ekspertlərin Transxəzər neft və qaz kəmərinin tikintisi təşəbbüsünü müzakirə etdiklərini qeyd edib. Onun sözlərinə görə, belə irimiqyaslı layihələr transmilli səviyyədə koordinasiyalı fəaliyyət tələb edir.

K.Tokayev TDT çərçivəsində perspektivli istiqamətlər arasında rəqəmsallaşma və informasiya texnologiyalarını vurğulayıb.

Qazaxıstan lideri, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə başlanıldığını bildirib ki, bu da regionda rəqəmsal əlaqəni əhəmiyyətli dərəcədə gücləndirəcək.

Həmçinin, onun fikrincə, tez-tez baş verən təbii fəlakətlərə birgə cavab verilməsi xüsusi diqqət tələb edir. K.Tokayev nümunə olaraq Xəzər dənizinin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasını göstərib ki, bu da ekologiyaya, iqtisadiyyata ciddi mənfi təsir göstərir.

“Bu baxımdan o, türk ölkələrini birgə tədqiqatlar aparmağa və ümumi ekoloji həllər hazırlamağa çağırıb”, – məlumatda vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164395