Tokayevdən Qarabağla bağlı tarixi bəyanata münasibət

Tokayevdən Qarabağla bağlı tarixi bəyanata münasibətbackend

“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün vasitəçiliyi ən yüksək tərifə layiqdir. Rusiyanın ən fəal iştirakı ilə əldə olunan razılaşma zənnimcə, mövcud kritik vəziyyətdə yeganə düzgün qərardır”.

Busaat.az-ın “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının onlayn iclasında bildirib.

Tokayevin sözlərinə görə, sözügedən razılaşma bölgədə uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcək: “Mənim fikrimcə, bu, həqiqətən tarixi bir razılaşmadır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90