Tokayevdən vacib açıqlama: Mərkəzi Asiyanın qlobal miqyasda əhəmiyyəti artıb

image-tokayev-1backend

 Mərkəzi Asiyanın regional və qlobal miqyasda əhəmiyyəti artıb.

Busaat.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım Comərt Tokayev deyib.

Tokayev paytaxt Astanada fəaliyyət göstərən xarici missiya rəhbərləri və diplomatlarla görüşüb.

Akorda Prezident sarayında keçirilən toplantıda çıxış edən Tokayev, ölkəsinin siyasi və sosial islahatları, iqtisadi potensialı, xarici siyasəti və regional rolu ilə bağlı açıqlamalar verib.

Tokayev noyabrın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra formalaşacaq yeni idarəetmə modeli ilə hakimiyyətin nizamlı rotasiyasının təmin ediləcəyini və Qazaxıstanın daha demokratik dövlət olması üçün addımlar atılacağını bildirib.

Açıq iqtisadiyyat prinsipinə sadiq qalaraq dünyanın 180 ölkəsi ilə ticarət əlaqələrini davam etdirəcəklərini vurğulayan Tokayev qeyd edib: “Mövcud iqtisadi böhrana baxmayaraq, xammal xaricində ixracımız təxminən 40 faiz artıb. Biz xarici investisiyaların cəlb edilməsiylə Mərkəzi Asiyada lider mövqeyimizi daha da gücləndirmək əzmindəyik”.

Hazırda Çin və Avropa arasında avtomobil nəqliyyatında daşımaların 80 faizindən çoxunun Qazaxıstan ərazisindən keçdiyini vurğulayan Tokayev, Transxəzər Marşrutunun (Mərkəzi Dəhliz) enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsində getdikcə daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qazaxıstanın BMT prinsiplərinə uyğun olaraq beynəlxalq hüquqa əsaslanan dövlətlərin bərabərliyi, suverenliyi və ərazi bütövlüyü hüquqlarını bundan sonra da müdafiə edəcəyini bildirən Tokayev, bununla bağlı bütün dövlətlər və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Tokayev Mərkəzi Asiyanın regional və qlobal miqyasda artan əhəmiyyətinə diqqət çəkib və aşağıdakıları əlavə edib: “Bu, bizim “C5+” formatı üzrə tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar təqdim edir. Hazırda Mərkəzi Asiya dövlətləri bir çox ölkələr və regional ittifaqlarla, o cümlədən yuxarıda qeyd olunan formatdakı tərəfdaşlar, ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Rusya və Avropa Birliyi ilə fəal qarşılıqlı əlaqədə olmağa hazırdırlar”.

Tokayev qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiyanın aparıcı iqtisadiyyatı olaraq regional inkişafa töhfə verməyə davam edəcək.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki