Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd verir?

image-cbackend

Dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidentiylə görüşü və iki dövlət arasındakı fəal diplomatik əlaqələrin nəticəsi nəyi göstərir? Sözügedən görüş dünyaya hansı anonsu verdi? Qazaxıstan Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstək olan qardaş dövlətlərdəndir: “Məlumdur ki, Qazaxıstan Azərbaycanla çox mühüm strateji əhəmiyyətli tərəfdaş olan qardaş dövlətdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü və bu görüşün nəticəsi olaraq çox vacib sənədlərin imzalanması bir daha bizim həqiqətən də dost, qardaş dövlət olduğumuzu göstərdi. Həmçinin Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstəyi olan dövlətlərdən biri idi. İşğaldan azad olunmuş ərazilərdə uşaq mərkəzinin yaradılması təşəbbüsünün məhz Qazaxıstan tərəfindən təklif olunması çox mühüm əhəmiyyət kəsb edir”.
Deputat əlavə edib ki, hər iki ölkənin müsbət inkişaf dinamikasında dövlət şaçılarının xüsusi rolu var: “İqtisadi məsələlərə gələndə isə Trans-Xəzər nəqliyyat dəhlizinin Qazaxıstan və Azərbaycanla birgə həyata keçirilməsi məsələsi gündəmdədir. Təbii ki, bizim qarşılıqlı fəaliyyətimiz var. Yüzlərlə Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərir. Qazaxıstan zəngin təbii ehtiyatlara malik olan bir dövlətdir. Bu dövlətdə də Azərbaycanın iqtisadi fəaliyyətinə böyük imkan var və bu istiqamətdə çox strateji addımlar atılır. Bir sözlə, hər iki ölkə arasındakı dostluq münasibətləri davam etdiriləcəkdir. Bu əlaqələrin həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə inkişafı Azərbaycanın müstəqil xarici və daxili siyasətinin təzahürüdür. Düşünürəm ki, bu proseslərdə hər iki dövlətin başçısının bir-birinə olan dostluq münasibətinin də öz rolu var”. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri Tokayevin Azərbaycana gəlməsi hər iki ölkə arasında möhkəm və sıx əlaqələrin formalaşdığının göstəricisidir.

Murad Bayramov,
Nəsimi rayon könüllüsü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki