Tramp 2024-cü il seçkilərində namizəd olacaq

Tramp 2024-cü il seçkilərində namizəd olacaqbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Tramp Florida ştatının Palm Beach şəhərindəki Mar-a-Lago malikanəsində açıqlama yayıb.

Rəhbərliyi dövründə iqtisadiyyatın görünməmiş şəkildə inkişaf etdiyini, Çin, Rusiya, İran və Şimali Koreyanın xarici siyasətdə ABŞ-a, xüsusən özünə hörmət etdiyini ifadə edən Tramp bildirib: “Uzun müddətdə, onilliklər ərzində müharibə olmadan, bunu bacaran ilk prezident idim. Dünya sülh içində idi. Amerika çiçəklənirdi və ölkəmiz şanlı gələcəyə doğru gedirdi. Çünki mən Amerika xalqına böyük vədlər vermişəm və digər prezidentlərdən fərqli olaraq vədlərimə əməl etmişəm. Bizim rəhbərliyimiz altında böyük və şanlı xalq idik. Bu, çoxdan eşitmədiyiniz bir şeydir. Mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm. Milyonlarla amerikalı üçün Co Baydenin rəhbərliyi altında son iki il ağrı, çətinlik, narahatlıq və ümidsizlik dövrü olub”.

“Birləşmiş Ştatlar alçaldıldı, rüsvay edildi, zəiflədi. Mən prezident olsaydım, Ukraynada böhran heç vaxt baş verməzdi. Ancaq biz bu axşam bəyan etmək üçün buradayıq ki, bunun belə olması lazım deyil. Biz iki il əvvəl böyük bir millət idik və tezliklə yenidən böyük bir millət olacağıq” – deyə, Tramp Co Baydenin siyasətini tənqid edib.

Respublikaçılar Partiyasının noyabrın 8-də keçirilən seçkilərdə uğur qazana bilməməsi ilə bağlı tənqidlərin çoxunun haqlı olduğunu bildirən Tramp, ölkənin yaşadığı çətinliyin 2024-cü il prezident seçkilərinə qədər daha pis olacağını və mövcud vəziyyətin daha aydın başa düşüləcəyini müdafiə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90