
Tramp 2024-cü ildə yenidən namizəd olacaq? - "Böyük açıqlama verəcəyəm"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri ilə bağlı noyabrın 15-də Floridada “böyük açıqlama” verəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Tramp noyabrın 8-də keçiriləcək ara seçkilərdən əvvəl Ohayo ştatında son mitinqini keçirib.
Aralıq seçkilərdə respublikaçıların şansının yüksək olduğunu bildirən Tramp bildirib:
“Senat və Nümayəndələr Palatasını geri alacağıq. Nəhayət, 2024-cü ildə möhtəşəm Ağ Evi də geri alacağıq”.
Ara seçkilərin həyati əhəmiyyətinə işarə edən Tramp, “Bu gün bu gözəl seçkilərə mane olmaq istəmirəm. Noyabrın 15-də Florida ştatının Palm Beach şəhərində böyük bir açıqlama verəcəyəm” – deyə, tərəfdaşlarını intizarda saxlayıb.
Busaat.az























