
Tramp seçkilərdə qalib gəlsə, Ukraynada sülhə nail ola bilər – Orban
Donald Tramp 2024-cü il seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişənin həllinə nail ola biləcək.
Busaat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Bu müharibəni dayandırıb sülh bağlaya biləcək bir adam var. Bu adam Donald Trampdır”, – Orban Kossuth radiosuna deyib.
Orban dəfələrlə bildirib ki, Tramp ikinci müddətə Ağ Evdə qalsaydı, Ukraynada silahlı münaqişənin qarşısını almaq olardı. O, həmçinin Trampı dəstəkləyəcəyini bəyan edib söz verib və ona qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.
Busaat.az























