Tramp siyasətə geri dönür? – ABŞ mediası

Tramp siyasətə geri dönür? – ABŞ mediasıbackend

ABŞ mediası keçmiş prezident Donald Trampın 2024-cü il seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən elan edəcəyini bildirib.

Busaat.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Axios media qurumu ölkənin keçmiş prezidenti Donald Trampın yaxın çevrəsindən əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşüb.

Məlumata görə, Tramp 2024-cü il seçkiləri üçün 14 Noyabrda hərəkətə keçəcək. Üç fərqli mənbədən toplanan xəbərdə Trampın noyabrın 14-də namizədliyini rəsmən açıqlayacağı bildirilib.

Prezidentliyi dövründə bir çox problemlərin diqqət mərkəzində olan Tramp qatıldığı mitinqdə geri dönəcəyinə işarə edib: “Mən yenidən prezident olacağam, böyük ehtimal ki, ölkəmizi indikindən daha uğurlu, təhlükəsiz və möhtəşəm edəcəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90