Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 845 $▼3.49%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Tramp Ukraynada müharibəni 24 saat ərzində necə dayandıra biləcəyini açıqlayıb

image-default-4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-nin sabiq prezidenti Donald Tramp Ukraynada sülhü təmin etmək planını açıqlayıb və Ukrayna prezidenti Volodimir Zelenskidən razılıq əldə etməyi xahiş edəcəyini bildirib.

Busaat.az xəbər verir ki, o, bu sözləri Fox News telekanalına müsahibəsi zamanı deyib.

Sabiq prezident həm Zelenski, həm də  Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu deyib və qeyd edib ki, Bayden dünya liderləri ilə iş görmək iqtidarında deyil.

“Onlar ağıllı insanlardır, o cümlədən Fransa prezidenti Makron. Mən Putin də daxil olmaqla, o insanların bütün siyahısını nəzərdən keçirə bilərdim. Bu insanlar kəskin, sərt və bir qayda olaraq, qəddardırlar. Bizdə nə baş verdiyini başa düşməyən insan var. Bu, ölkəmizin tarixində ən təhlükəli dövrdür”, – Tramp bildirib.

“Mən Zelenski və Putini çox yaxşı tanıyıram, hətta daha yaxşı.Hər iki liderlə  yaxşı münasibətim var idi. Zelenskiyə deyərdim. “Sən razılaşmalısan.” Putinə deyərdim. “Əgər razılaşmazsan, ona çox şey verəcəyik. Lazım gələrsə, Ukraynaya indiyə qədər aldığından daha çoxunu verəcəyik”. Müqaviləni bir günə bağlayacam. Bir gün”, – deyə Tramp əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115281