Tramp səsvermədə böyük üstünlüklə qalib gəlsə də, nəticələr noyabrda keçiriləcək prezident seçkilərinə də təsir edəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Haber Global”a debatları qiymətləndirən ABŞ professoru Uilyam Enqdal bildirib.
Trampın debatdan sonra daha da gücləndiyini deyən Enqdal nəticələrin prezident seçkilərində də özünü göstərəcəyini bildirib.
İkinci debatda dünyanı maraqlandıran suallara cavabların masaya qoyulacağını iddia edən Prof. Enqdal təəccüblü açıqlamalar verib:
“İlk canlı yayımda debat baş tutandan və öz dinamizmi ilə ictimaiyyəti heyran edən Demokrat namizəd Con Kennedi Respublikaçı namizəd Riçard Niksonu məğlub etdikdən sonra amerikalıların debata yanaşması dəyişməyib. Namizədlər hansı mövzularda nə dərəcədə inamlı danışırlar? İqtisadiyyatı yaxşılaşdırmaq üçün hansı tədbirləri təklif edirlər?
Bayden dövründə ABŞ iqtisadiyyatı da ciddi sıxılma və inflyasiya yaşadı. Çin təhlükəsi artdı və Rusiya-Ukrayna müharibəsi başladı. Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Tramp debatdan əvvəl bütün sorğularda irəlidə görünürdü. Bütün bu inkişaflar debatın nəticəsi haqqında ipucu verdi, ona görə də nəticənin Amerika xalqını təəccübləndirdiyini söyləmək mümkün deyil”, – o əlavə edib.