Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfəri zamanı Rusiya diktatoru Vladimir Putinlə görüşdüyü bildirilir . Busaat.az Fox News istinadən xəbər verir ki , o , Səudiyyə Ərəbistanı və Qətər nümayəndələri ilə də danışıqlar aparıb
Fox News – un aparıcısı Şon Hanniti bildirib ki , ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvada Putinlə danışıb . Stiv Vitkoffun rus diktatoru ilə təxminən 3,5 saat danışdığı bildirilib .
Amerikalı teleaparıcı həmin görüşdə nəyin müzakirə olunduğunu açıqlamayıb . Ağ Ev mümkün danışıqlar barədə məlumatı şərh etməyib .
The New York Times yazır ki , Witkoff Moskvaya getməzdən əvvəl Putinin ən yaxın adamları ilə danışıb . Səfir həmçinin Qətər və Səudiyyə Ərəbistanı nümayəndələri ilə bir sıra görüşlər keçirib . Onlar Ukraynadakı müharibəni müzakirə ediblər .
Çərşənbə axşamı, fevralın 11 – də Stiv Vitkoff Moskvaya xüsusi səfər etdi . Donald Trampın nümayəndəsi amerikalı müəllim Mark Vogeli öz təyyarəsinə mindirib .
Rusiyada narkotik ittihamı ilə həbs edilən amerikalı 3 ilini dəmir barmaqlıqlar arxasında keçirib . Bütün bu müddət ərzində o , əlindəki maddələrin tibbi marixuana olduğunu təkid edirdi .
Nəhayət, ABŞ və Rusiya Federasiyası amerikalının vətəninə qaytarılması ilə bağlı razılığa gələ bildilər. Ağ Ev mübadilə ilə bağlı təfərrüatları açıqlamayıb, lakin Tramp bu razılaşmanı “çox ədalətli, çox ağıllı” adlandırıb.