
Trampın mətbuat xidməti ABŞ-ni nasist Almaniyası ilə müqayisə edib
Sabiq prezident Donald Trampın təqibi 1930-cu illərdə nasist Almaniyasının dövrünü xatırladır.
Busat.az xəbər verir ki, bu barədə Trampın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
“Trampın və onun tərəfdarlarının bu təqiblərinin qanunsuzluğu bizə 1930-cu illəri xatırladır. Faşist Almaniyası və digər avtoritar diktator rejimləri dövrü. Prezident Tramp həmişə qanuna əməl edib”, – bəyanatda deyilir.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor-Grin Trampa qarşı ittihamları siyasiləşdirilmiş ifritə ovu adlandırmışdı.
Xatırladaq ki, ABŞ-nin xüsusi prokuroru Cek Smit bəyan etmişdi ki, Trampı dörd maddə üzrə ittiham edəcək: ABŞ-ni aldatmaq üçün sui-qəsd, hüquqların pozulması, rəsmi proseslərə mane olmaq üçün sui-qəsd və rəsmi proseslərə mane olmaq cəhdi.
Busaat.az























