ABŞ-ın sabiq Prezidenti Donald Trampın qızı Tiffani Tramp evlənib.
Busaat.az xəbər verir ki, o, Florida ştatında Maykl Boulos ilə ailə həyatı qurub.
Qeyd edək ki, 29 yaşlı Tiffani Donald Trampın 1993-1999-cu illərdə evli olduğu aktrisa Marla Meyplisdən dünyaya gələn qızıdır.
Məlumata görə, Tiffani özündən 4 yaş kiçik Boulos ilə 2018-ci ildə Yunanıstanın Mikonos şəhərindəki klubda tanış olublar.
Boulosun Nigeriyada biznesi olan varlı livanlı ailənin oğlu olduğu bildirilir.
![](https://qafqazinfo.az/uploads/1668317684/2.webp)
![](https://qafqazinfo.az/uploads/1668317684/3.webp)
![](https://qafqazinfo.az/uploads/1668317684/4.webp)