
Tunisdə 31 miqrantın cəsədi tapılıb
Tunisdə müvafiq qurumlar 31 miqrantın cansız bədənini tapıb.
Busaat.az xəbər verir ki, Milli Təhlükəsizlik Qüvvələrinin sözcüsü Hüsameddin el-Cebabli məsələ ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, ölkənin cənubunda yerləşən Safaks ilə ölkənin şərqindəki Mehdiyyə bölgələri arasında ikisi uşaq olmaqla, 30 miqrantın cəsədi aşkarlanıb.
Sözçü həmçinin əlavə edib ki, ölkənin cənub-şərqində yerləşən Qabes bölgəsində də bir miqrantın cəsədi tapılıb.
Busaat.az























