
Tunisdə sinaqoq yaxınlığında silahlı hücum: 4 ölü
Dünən axşam saatlarında Tunisin cənubundakı Cerba adasındakı Qriba sinaqoqunun yaxınlığında silahlı hücum həyata keçirilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 2 təhlükəsizlik işçisi və 2 turist həyatını itirib.
Tunis Daxili İşlər Nazirliyindən verilən açıqlamada, sinaqoq yaxınlığında yerləşən donanma obyektində atəş səslərinin eşidildiyi bildirilib. Obyektdə təhlükəsizlik qüvvələrinin silahını ələ keçirən təcavüzkarın ətrafa təsadüfi atəş açdığı qeyd edilib. Təhlükəsizlik qüvvələrinin hədəf alındığı öyrənilən hücumda sinaqoq yaxınlığında 2-si təhlükəsizlik işçisi və 2-si turist olmaqla 4 nəfər həyatını itirib. Hücumun səbəbi hələlik məlum olmasa da, hadisə nəticəsində 9 nəfər yaralanıb.
Afrikanın ən qədim sinaqoqlarından biri olan Qriba Sinaqoqu mayın 4-də yəhudi icmaları üçün qapılarını açıb. Hər il dünyanın müxtəlif yerlərindən yüzlərlə yəhudi ibadət etmək üçün Cerba adasındakı Qriba sinaqoquna gəlir.
Busaat.az























