Tural Axundov “Neftçi”dən ayrıldı

Tural Axundov “Neftçi”dən ayrıldıbackend

“Neftçi” mövsümlərarası fasilədə daha bir futbolçu ilə yollarını ayırıb.

Klubdan Busaat.az saytına verilən məlumata görə, müdafiəçi Tural Axundov karyerasını “ağ-qaralar”da davam etdirməyəcək.

Müqavilə müddəti başa çatan 32 yaşlı cinah oyunçusuna yeni sözləşmə təklif olunmayıb. 2018-ci ilin yayından “Neftçi”nin formasını geyinən Axundov geridə qalan iki il ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” buna qədər müdafiəçi Vild-Donald Gerye ilə vidalaşıb, həmçinin hücumçu Baqali Dabonun ayın sonunda klubu tərk edəcəyini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90