Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Türk düşməni nazir oldu - FOTOLAR

image-1641308596_df4261721f-1632226957bak
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirən Dilan Yeşilgöz yeni kabinetdə vəzifəsinin icrasına başlayacaq.

Busaat.az xəbər verir ki, Niderlandda martın 17-də keçirilən ümumxalq seçkilərindən keçən 271 günlük danışıqlar prosesindən sonra yeni hökumətin qurulmasına başlanılıb və koalisiya hökumətində təmsil olunacaq nazirlərin adları dəqiqləşib. Beləliklə koalisiya hökumətində türk əsilli 2 qadın nazirin də yer alacağı məlum olub.
Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək. “Demokratlar 66” Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. Niderlandın yeni ədliyyə naziri Dilan Yeşilgöz Türkiyənin qatı düşməni kimi tanınır. 1984-cü ildə terror təşkilatı PKK-ya  və sol terror təşkilatlarına bağlı silahlı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz atasının “missiyasını” davam etdirir.

 

 

Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olduğu haqda fikirləri dəstəkləyən Yeşilgöz, 2018-ci ildə Niderlandda  qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli deputatdan biri olub. Qeyd edək ki, 1977-ci ildə Tuncelidə doğulan Dilan Yeşilgöz, 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. O, holland, ingilis və kürd dillərini mükəmməl bilir.
Konkret.az/
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67521