Türk polisindən ibrətamiz ADDIM – Gəncin gələcəyi belə xilas edildi – VİDEO

Türk polisindən ibrətamiz ADDIM – Gəncin gələcəyi belə xilas edildi – VİDEObackend

Türkiyənin Samsun şəhərində polis imtahana gecikən gəncə kömək edib.

Busaat.az xəbər verir ki, polis YSK imtahanına gecikən gənci motosikletlə gedəcəyi yerə çatdırıb.

Belə ki, imtahana gedən Canberk Balaban adlı gənc şəxsiyyət vəsiqəsi əvəzinə səhvən sürücülük vəsiqəsini özü ilə götürüb. İmtahanın başlanmasına 7 dəqiqə qalmasına baxmayaraq şəxsiyyət vəsiqəsi olmadan binaya buraxılmayacağını öyrənən gənc məktəb həyətində dayanan yol polisi Halil Gökmenə yaxınlaşaraq ondan kömək istəyib.

Motosikletli polisin köməyi ilə rəsmi idarəyə gedib-gələrək vəsiqəsini götürə bilən gənc qapıların bağlanmasına saniyələrə qalarkən binaya daxil olaraq imtahanda iştirak edib və 1 illik zəhməti boşa getməmiş olub.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90