
Türk Qızıl Aypara Təşkilatının rəhbəri İSTEFA VERİB
Türk Qızıl Aypara Təşkilatının rəhbəri Kərəm Kınık seçkilərə iki gün qalmış ona qarşı səsləndirilən tənqid və ittihamlardan sonra istefa verib.
Busaat.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Bu ilin fevralında Cümhuriyyət qəzeti Qızıl Ayparanın çadırları rok müğənnisi Haluk Leventin idarə etdiyi AHBAP xeyriyyə təşkilatına 46 milyon lirəyə satdığını bildirmişdi.
AHBAP məlumatı təsdiqləyib və bildirib ki, Qızıl Ayparaya bağlı çadır tikiş firmasından 2050 çadır alıb, çünki digər firmalarda belə çadırlar yoxdur.
Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık qurumun büdcədən heç bir subsidiya almadığını, loqosu olmayan çadırların satıldığını, əldə edilən vəsaitlə yeni çadırların tikiləcəyini və bu vəsaitlərin təbii fəlakətdən zərər çəkənlərə pulsuz veriləcəyini açıqlayıb.
Busaat.az























