Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır” - Ərdoğan

image-1621830963_756016233832144
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Türk Şurası birlik və bərabərlik simvollarından biridir”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.

Türkiyə Prezidenti 12 il əvvəl yaradılan Türk Şurasının qlobal nüfuzunun getdikcə artdığını vurğulayıb.

“Şuramızla əməkdaşlıq etmək və Şuramıza müşahidəçi qismində qatılmaq istəyini dilə gətirən ölkələrin sayı gündən-günə artır. Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda öz vətəndaşlarının haqq və mənafelərini müdafiə edərkən, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliklərini gücləndirirlər. Xüsusilə də, son illərdir şahid olduğum hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını inkişaf etdirməyimizin bizim üçün ehtiyacdan daha çox məcburiyyət olduğunu göstərib.

Terrorizm, qanunsuz miqrasiya, sərhədləri aşan cinayət kimi bizə və vətəndaşlarımıza birbaşa təsir göstərən təhdidlərin artdığı bir zamanda prokurorluq orqanlarımızın yeni dialoq platformaları yaratmağına böyük əhəmiyyət veririk”, – deyə Ərdoğan əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61864