
Türkiyə 95 ölkədən yardım təklifini qəbul edib
Türkiyə zəlzələdən sonra 6,5 min xarici xilasedicinin qatıldığı axtarış-xilasetmə əməliyyatları nəticəsində 95 ölkədən kömək təklifini qəbul edib.
Busaat.az xəbər verir ki, bu barədə statistikanı “Bloomberg HT” kanalı dərc edib.
Məlumata görə, artıq ərazidə 53 ölkədən xilasedicilər işləyir. Yaxın vaxtlarda daha 2,4 min xilasedici yerli xidmətlərə kömək edəcək.























