
Türkiyə ABŞ-dan F-16 qırıcıları alır- Proses başladı
Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna başlayıb.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.
O təyyarələrin tədarükü ilə bağlı texniki işlərin başladığını qeyd edib və bildirib ki, prosesi diqqətlə izləyirlər: “Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir”.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.























