
Türkiyə Aİ-dən cavab gözləyir - Ərdoğan
Türkiyə üçün vizasız rejimə keçid və üzvlük danışıqlarının bərpası ilə bağlı Avropa İttifaqının cavabını gözləyir.
Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İndi biz Avropa İttifaqının reaksiyasını gözləyirik. Vilnüsdə biz bu məsələləri ətraflı müzakirə etdik və bütün Aİ-yə üzv dövlətlərin rəhbərləri ilə müzakirələrimizi davam etdiririk. Biz hamı ilə bu görüşləri keçirdik və bildirdik ki, 52 ildir Aİ-nin qapısında gözləmək məcburiyyətində qalan Türkiyəyə qarşı müsbət addımların şahidi olmaq istəyirik”, – Ərdoğan deyib.
Qeyd edək ki, Ərdoğanın Avropa liderləri və Aİ rəhbərliyi ilə təmasları nəticəsində Türkiyənin Avrointeqrasiya prosesinin aktivləşdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Xüsusilə, Türkiyənin bu məsələdə əsas məqsədlərindən biri vizaların ləğvi və Aİ Gömrük İttifaqı çərçivəsində əməkdaşlıqdır.
Busaat.az























