Türkiyə bunu da bacardı – Ərdoğan ELAN ETDİ

image-erdoganturkiye2backend

“Artıq təyyarə bombaları, mərmilər, raketlər və döyüş başlıqları üçün heç kimdən asılı olmayacağıq”.

Busaat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, mərmilər üçün xaricdən alınan əsas partlayıcı material artıq Türkiyədə istehsal ediləcək. Ərdoğanın sözlərinə görə, yeni açılan müəssisədə modul barıt sistemi tamamilə yerli imkanlar sayəsində istehsal ediləcək.
“Son dövrlər məruz qaldığımız gizli və açıq embarqolar bizi belə addım atmağa məcbur etdi. Texnologiya paylaşımı üçün milyonlarla dollar pul tələb edilən sistem türk mühəndisləri tərəfindən yüz faiz yerli texnologiya sayəsində çox qısa zaman ərzində ərsəyə gətirildi” – deyə Ərdoğan bildirib.

Mətbuat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90