Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 037 $▼0.11%
  • Ethereum1 784 $▲0.89%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

TÜRKİYƏ GƏNCLİK FONDU (TÜGVA) 81 ŞƏHƏRDƏKİ NÜMAYƏNDƏLİKLƏRİNDƏ TOPLANAN YARDIMLARI BÖLGƏYƏ ÇATDIRIR

image-yenigundem_22e7e9be50b4ea6a2f7fb4dadf21c45c_qo6c8szrknmf7x0b49ty-620x460
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdən sonra digər QHT-lər kimi Türkiyə Gənclik Fondu da (TÜGVA) 81 şəhərdəki nümayəndəliklərində topladığı yardımları AFAD-ın koordinasiyası ilə ehtiyac olan bölgələrə çatdırır.

Busaat.az  xəbər verir ki, zəlzələnin ilk günündən sahədə olan 12 min nəfərdən ibarət könüllü dəstələr həm zəlzələ bölgələrində, həm də yardım toplama mərkəzlərində fəaliyyətlərdə iştirak edirlər.

Zəlzələ qurbanlarına içərisində adyal, quru yemək, geyim, gigiyenik məhsullar, elektrik materialları, qızdırıcı, çadır, şərf, papaq, uşaq qidası və s. olan çox sayda yardım çatdırılıb.

Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində “TÜGVA Dəstək Mərkəzi” yaradılıb.

Yardım mərkəzlərinə gəlmə imkanı olmayan vətəndaşlar üçün isə Hatay, Adıyaman, Maraş və Malatyada 41 “TÜGVA Dəstək Mobil Market” fəaliyyətə başlayıb.

Kahramanmaraşda qurulan “Gigiyena məntəqələri” və “Əczaçılıq çadırı” zəlzələ qurbanlarının əsas ehtiyaclarını qarşılamağa davam edir.

Vətəndaşların xüsusilə şarj ehtiyaclarını ödəmək üçün TÜGVA-nın “Səyyar İcathane” maşını “Enerji Nöqtəsi”nə çevrilib. Generatorlu yük maşını sayəsində zəlzələdən zərər çəkənlər telefonlarını enerji ilə doldurub yaxınları ilə əlaqə saxlaya bilirlər.

Uşaqlar üçün “Ana Uşaq” çadırında oyun meydançası qurulub, psixososial dəstək göstərilir.

Zəlzələ zonasının ətraf əyalətlərində yerləşən Sivas, Kayseri, Adana, Konya, Trabzon, Qars, Antalya, Sinop, Samsun və Kastamonu şəhərlərində 7/24 çay, sendviç, isti şorba və isinmə xidmətləri göstərən TÜGVA yataqxanaları hazırda 1800-dən çox zəlzələ qurbanına ev sahibliyi edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101233