Türkiyə heç-heçə etdi, İspaniyadan böyükhesablı qələbə

Türkiyə heç-heçə etdi, İspaniyadan böyükhesablı qələbəbackend

Millətlər Liqasında II tur start götürüb.

Busaat.az xəbər verir ki, 5 qrupda 10 oyun keçirilib.

B liqasında mübarizə aparan Türkiyə öz qrupunda Serbiya ilə üz-üzə gəlib. İlk turda uduzan rəqiblərin duelində qalib müəyyənləşməyib. Turnirə qələbə ilə başlayan Macarıstanla Rusiyanın görüşündə şimal qonşularımız qalib gəlib.

Bu liqanın digər qrupunda Uels ikinci qələbəsini Bolqarıstan üzərində qazanıb. İrlandiya isə Finlandiya ilə ev matçında məğlubiyyət acısı yaşayıb.

Ən güclülərin yer aldığı A liqasında İspaniya Ukraynanı 4 cavabsız qolla üstələyib. Almaniyanın ikinci heç-heçəsi İsveçrə ilə matça təsadüf edib.

C liqasının 3-cü qrupunda Sloveniya Moldovaya qalib gəlib. Kosovo Yunanıstanla ev oyununda məğlubiyyətlə üzləşib.

D liqasında Andorra ilə qarşılaşan Farer adaları ikinci qələbəsini bayram edib. Malta Latviya ilə heç-heçə oynayıb.

Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90