Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 534 $▼3.94%
  • Ethereum1 828 $▼5.16%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə ilə İsrail arasında kritik GÖRÜŞ

image-israil-turkiye-bayrak-getty-1788653_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin yeni xarici işlər naziri Eli Koen ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı mübahisəli məsələlər müzakirə edilib.

Belə ki, Çavuşoğlu israilli həmkarına İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı dünənki təxribat hərəkətinin qəbuledilməz olduğunu deyib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu həmkarı Koeni yeni vəzifəsinə görə telefonla təbrik edib.
Görüşlə bağlı Türkiyə tərəfindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Nazir Çavuşoğlu Fələstin məsələsi ilə bağlı ölkəmizin həssaslığını və gözləntilərini Koenə xatırladıb və bu kontekstdə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin dünən Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətini qəbuledilməz hesab etdiyimizi vurğulayıb”.

“Nazir Çavuşoğlu Məscidül-Əqsanın statusunun qorunub saxlanmasına verdiyimiz önəmi vurğulayıb və hər cür təxribat xarakterli hərəkətlərin qarşısının alınmasını gözlədiyimizi həmsöhbətinin diqqətinə çatdırıb” – deyə, açıqlamada qeyd edilib.

Görüş zamanı iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa gəliblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96031