Finlandiya Türkiyə ilə görüşündə heç bir irəliləyiş əldə etməyib və yəqin ki, sentyabra qədər NATO-ya üzv ola bilməyəcək.
“Əslində, Türkiyə və İsveçlə NATO-nun mənzil-qərargahında iyunun 20-də çox da irəliləyiş olmadı, lakin biz artıq müzakirənin başlanmasından məmnunuq, – deyə o, mətbuat konfransında bildirib. – Mən dəqiq tarixlər söyləmək istəməzdim, lakin çətin ki, sentyabrdan əvvəl bunu edə bilək”.
Prezident əlavə edib: “Razılaşdıq ki, görüşlər davam etdiriləcək”.