Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.81 $▲0.19%
  • WTI neft88.24 $▼0.01%
  • Avropa qazı (TTF)91.97 €▼1.85%
  • Təbii qaz (ABŞ)3.273 $▼1.77%
  • Qızıl3 905 $▼0.31%
  • Gümüş50.22 $▼0.05%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin69 814 $▼2.18%
  • Ethereum1 977 $▼1.99%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə istehsalı olan PUA-ların ixracı rekord qırmağa davam edir

image-759f6a6d42aa43a1535caaa089be848eterertg-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Baykar” Müdafiə Sənayesi Şirkətinin baş direktoru Türkiyənin Bayraktar TB2 İHA-nı 24 ölkəyə ixrac edəcəyini açıqlayıb.

Busaat.az bu barədə Anadolu-ya istinadən xəbər verir.

“Baykar” Müdafiə Sənayesi Şirkətinin baş direktoru Haluk Bayraktar Samsonda keçirilən Karadəniz Aviasiya və Texnologiya Festivalı çərçivəsində “Anadolu” agentliyinin müxbirinə verdiyi müsahibədə Türkiyədən Bayraktar TB2 İHA idxal edən ölkələrin sayının 24-ə çatdığını açıqlayıb:

“Türkiyə pilotsuz təyyarə istehsalı sahəsində artıq başqalarından asılı deyil, dronlara olan ehtiyaclarını ödəyə biləcək, hətta ixrac edə biləcək gücə nail olub”.
Onun dediyinə görə, Türkiyənin müdafiə sənayesi hər il real olaraq 15% böyüyür.

O əlavə edib ki, “Bayraktar TB2 bütün ölkələrin diqqətini çəkən məhsul olub. TB2 Bayraktar üçün 24 ölkə ilə ixrac müqaviləsi imzalanıb. Bu, çox mühüm hadisədir. Bayraktar TB2 son 4 ildə dünyanın ən populyar silahlı pilotsuz təyyarəsi olub və ən çox ölkəyə ixrac edilib”.

“Hazırkı istehsal gücü 200 ədəddir” deyən Bayraktar, indiyə qədər 400-dən çox TB2 və 20-yə yaxın “Akıncı” istehsal edildiyinə diqqət çəkib: “Gələn il 500 ədəd, TB2 və 40 ədəd “akıncı” istehsal etməyi planlaşdırırıq”.

“Baykar” Müdafiə Sənayesi Şirkətinin baş direktoru bildirib ki, “istehsal gücümüzü artırmaq üçün hər il daha çox sərmayə qoyaraq 2022-ci ildə satışlarımızın 98%-i ixracla həyata keçirilib”.

“2021-ci ildə şirkətimiz yalnız bir məhsulla (Bayraktar TB2) müdafiə və aviasiya sənayesinin ən böyük ixracatçısı oldu. Bu, biz və ölkəmiz üçün qürurverici hadisədir. Türkiyə 13 il əvvəl pul ödəməklə belə bu texnologiyanı ala bilmədi, indi Türkiyə dünyada bu texnologiyaya sahib olan nadir ölkələrdən biridir”, – Haluk Bayraktar deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84741