Türkiyə lazımi vaxtda hərbi əməliyyatlara başlayacaq – Ərdoğan

image-erdogan-1backend

 Türkiyə ən uyğun zamanda yeni sərhəd əməliyyatına başlamaq niyyətindədir.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Suriya və İraqda terrorçulara qarşı hava hücumları yeni başlayır. Sərhədlərimizin təhlükəsizliyinə heç vaxt bu qədər ciddi yanaşmamışdıq. Bizim üçün ən yaxşı vaxtda əməliyyata başlayacağıq. Suriya və İraqdakı administrasiyalar özlərini təhlükədə hiss etməməlidir. Niyyətimiz özümüzü qorumaqdır. Həm də bu ölkələrin ərazi bütövlüyünü təmin etmək istəyirik” – deyə, Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90