Türkiyə millisində koronavirusa yoluxma sayı 13-ə çatdı

image-trbackend

Futbol üzrə Türkiyə milli komandasının və Almaniyanın “Fortuna” (Düsseldorf) klubunun hücumçusu Kenan Karamanda koronavirus aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 27 yaşlı futbolçunun millidən qayıtdıqdan sonra verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantinə alınıb. Karamanın bazar günü baş tutacaq “Darmştadt”la oyunda komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

Bununla da Türkiyə yığmasında koronavirusa yoluxanların sayı 13-ə çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90