
Türkiyə ordusu Suriyada 471 hədəfi vurub, 254 terrorçu zərərsizləşdirilib
Türkiyə silahlı qüvvələri Suriya və İraqda hərbi əməliyyatlar zamanı 250-dən çox terrorçunu zərərsizləşdirib.
Busaat.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.
“Pəncə-Qılınc əməliyyatı hava və quru qüvvələrinin iştirakı ilə davam edir. Bu günə qədər əməliyyat zamanı 471 hədəf vurulub, 254 terrorçu zərərsizləşdirilib” – deyə, nazir qeyd edib.
Türkiyənin Suriya və İraqda başladığı “Pəncə-Qılınc” kod adlı əməliyyat noyabrın 20-də başlayıb. Əməliyyatda 50-dən çox təyyarə və 20 pilotsuz təyyarə iştirak edir.
Busaat.az























