Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

image-1387435
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Busaat.az xəbər verir ki, parlamentdə iştirak edən 276 deputatın hamısı qərarın lehinə səs verib.

Bundan başqa deputatlar Finlandiya ilə birgə NATO-ya üzvlük iddiası ilə çıxış edən İsveçin Türkiyə ilə memorandumun müddəasını hələlik yerinə yetirmədiyini və bu səbəbdən alyansa qoşulmağa hazır olmadığını bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin may ayında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin onların üzvlük təklifi Ankara tərəfindən dərhal etirazla qarşılanmışdı. Türkiyə Skandinaviya ölkələrindən terror təşkilatlarını “terrorçu” elan etməyi, terror fəaliyyətində və ya 2016-cı ildə dövlət çevrilişi cəhdinə kömək və dəstək göstərməkdə ittiham olunan şəxslərin Türkiyəyə təhvil verilməsini tələb edib.

Ankara daha sonra Helsinkiyə münasibətini yenidən nəzərdən keçirərək, ümumilikdə sazişin şərtlərinə əməl etdiyini qeyd edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105335