
Türkiyə polisindən ƏMƏLİYYAT:110 PKK şübhəlisi HƏBS EDİLDİ
Türkiyə polisi Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə qadağan edilmiş) yaraqlıları ilə əlaqədə şübhəli bilinən 110 nəfəri saxlayıb.
Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Əməliyyatın 20-dən çox vilayəti əhatə etdiyi, lakin Türkiyənin cənub-şərqində, Diyarbəkirdə cəmləşdiyi bildirilir.
Təhlükəsizlik qüvvələri Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şirnak, Muş, Bitlis, Hakkari, Osmaniya, Sivas, Malatya, Ankara və Adıyamanda reydlər keçirib.
Türkiyə mətbuatının məlumatına görə, saxlanılanlar arasında onlarla siyasətçi, jurnalist və hüquqşünas var.
Maraqlıdır ki, reydlər Türkiyədəki ümumi seçkilərə üç həftə qalmış həyata keçirilib.
Qeyd edək ki. Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.
Busaat.az























