Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın koronavirusa yoluxub.
Busaat.az xəbər verir ki, bu barədə dövlət rəsmisi öz tvitter hesabında bildirib.
O, koronavirusu yüngül simptomlarla keçirdiyini, artıq müalicənin son mərhələsində olduğunu bildirib.
İbrahim Kalın hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu açıqlayıb.