Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 250 $▼1.43%
  • Ethereum1 901 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə Qərb kəşfiyyatından əməliyyat məlumatları TƏLƏB EDİR

image-1705921953_mit
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qərb kəşfiyyat təşkilatları Ankaraya müvafiq məlumat vermədən artıq Türkiyədə əməliyyatlar həyata keçirə bilməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti adının açıqlanmasını istəməyən diplomata istinadən yazıb.

Onun sözlərinə görə, indiyə kimi bəzi Qərb kəşfiyyat təşkilatları Türkiyəyə icazəsiz gəlib-gedə bilib.

“Məsələn, Qərbin kəşfiyyat təyyarəsi gəlir, bir müddət qalır və gedir. Həmin təyyarədə nəyin və kimin olduğu, hansı işlər görüldüyü barədə heç bir məlumat verməyiblər”, – deyə nəşr diplomatın sözlərini sitat gətirib.

Onun sözlərinə görə, Ankara Türkiyənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, “bu cür əməliyyatlar, gəlişlər və gedişlər barədə Türkiyə tərəfinə müvafiq məlumat verilmədən həyata keçirilə bilməz.

Qəzetin mənbəsinin sözlərinə görə, Qərb xüsusi xidmət orqanlarının reaksiyası sərt olsa da, Ankara öz prinsipial mövqeyində qalıb.

“Əvvəlcə Qərb kəşfiyyat orqanları sərt reaksiya verdilər. Onlar şayiə yaratdılar ki, bu, İrana dəstək deməkdir. Amma boşuna idi. Çünki Türkiyə müstəqil dövlət olaraq milli mövqeyini nümayiş etdirdi. Dedilər ki, nəsə edəcəksənsə, məlumat verəcəksən”, – qəzetin həmsöhbəti qeyd edib.Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133155