
Türkiyə Rusiya ilə Qara dəniz taxıl müqaviləsini bərpa etmək üçün danışıqları davam etdirir
Türkiyə Rusiya ilə Qara dəniz taxıl sazişini bərpa etmək üçün ciddi səy göstərir.
Busaat.az xəbər verir ki, bu barədə TASS-ın Ankaradakı müxbiri məlumat yayıb.
“Bu məsələ ilə bağlı diplomatik səylərin davam etdirilməsi Türkiyə üçün çox vacibdir. Bu səbəbdən razılaşmaların bərpası və Rusiya ilə dialoqun davam etdirilməsi istiqamətində əhəmiyyətli səylər göstərir”, – mənbə söyləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə təkbətək görüşmək planlarına da bu kontekstdə baxmaq lazım olduğu bildirilib.
“Taxıl sazişi üzrə yeni diplomatik uğur Ankara üçün ölkənin beynəlxalq nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Ona görə də hökumət buna böyük əhəmiyyət verir”, – məlumatda deyilib.























