
Türkiyə-Rusiya-İran-Suriya görüşü ilə bağlı açıqlama: Mayın 10-da...
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da Moskvada baş tuta biləcəyini bildirib.
Busaat.az xəbər verir ki, Çavuşoğlu Rusiya, İran və Suriya ilə Moskvada keçirilməsi planlaşdırılan xarici işlər nazirləri səviyyəsində görüşdən danışıb.
“Seçkilərdən əvvəl nazirlərin görüşü ola bilər. Mayın 10-da nazirlərin görüşü keçirilə bilər”, – Çavuşoğlu bildirib.
Çavuşoğlu sözlərini belə davam etdirib:
“Digər tərəfdən suriyalıların könüllü qayıtmasına da nəzarət etmək lazımdır. Əsgərlərin buradan çıxarılması bu bölgələr stabilləşdikdən sonra olacaq. Əks halda, terror təşkilatları bu boşluğu dolduracaq. Müxalifət də həmin bölgələrdən çəkiləcəyini deyir. Bunun terror dəhlizi olması riski var. Çəkilmək rejimin burada tam üstünlük təşkil edəcəyi anlamına gəlmir. Biz geri çəkilsək, ciddi qarşıdurmalar olacaq. Bu qeyri-müəyyənlik şəraitində çoxlu mühacir Türkiyə sərhədinə gəlir. Müxalifətin sözləri də risklidir, ancaq rejimin, “Türkiyə geri çəkilsin, sonra danışaq”, – yanaşması real yanaşma deyil”.
Busaat.az























