
Türkiyə Rusiya taxılının rublla ödənilməsinə başlayıb?
Türkiyə Rusiya taxılının ödənişini rus rublu ilə edib və indi Moskva Misirə analoji tədarük imkanlarını müzakirə edir.
Busaat.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko Sputnik-ə bildirib.
Kommersiya daşımaları haqqında danışan məmur vurğulayıb ki, hazırda Rusiya Bankı digər ölkələrin mərkəzi bankları ilə qarşılıqlı hesablaşmaların mexanizmlərinin işlənib hazırlanması imkanları barədə danışıqlar aparır və bu, təkcə ərzaq təchizatına aid deyil.
Rusiya baş nazirinin müavini vurğulayıb ki, bu məsələdə ən çox tələbat taxıl, bitki yağı və yağlı məhsullardır.
“Biz hələ ki, sonuncunu rublla satmırıq, lakin bu məsələ üzərində işləyirik. Bizim üçün rublla hesablamalar prioritetlərdən biridir”, – Abramçenko deyib.
Rusiya baş nazirinin müavininin sözlərinə görə, gələcəkdə bu cür əməliyyatlarda təkcə Qazprombank deyil, həm də Rusiya Kənd Təsərrüfatı Bankı iştirak edəcək.
“Hətta Rusiya Federasiyasının maraqlarına uyğun həyata keçirilməli olan taxıl sövdələşməsi, paket həlli ilə bağlı BMT vasitəsilə aparılan təmaslar çərçivəsində şərtlərdən biri də Rusiya Kənd Təsərrüfatı Bankını beynəlxalq təşkilatlara qaytarmaqdır”, – deyə rusiyalı diplomat əlavə edib.























