
Türkiyə Rusiya və Ukrayna ilə qarşılıqlı əlaqələri ən yüksək səviyyədə saxlayır - Ərdoğan
Türkiyə Rusiya və Ukrayna ilə diplomatik əlaqəni ən yüksək səviyyədə davam etdirir.
Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Niderlandın baş naziri Mark Rutte ilə telefon danışığında bildirib.
“Danışıqlar zamanı Türkiyə-Hollandiya münasibətləri və regional məsələlər müzakirə olunub. Prezident Ərdoğan Rusiya və Ukrayna ilə diplomatik əlaqələri ən yüksək səviyyədə davam etdirdiyini vurğulayıb” – deyə, Türkiyə prezidentinin ofisi qeyd edib.
“Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti heç bir tərəfin maraqlarına cavab vermir” – deyə, Türkiyə dövlət başçısı əlavə edib.
Busaat.az























