
Türkiyə seçkilərinə xaricdən qatılan seçicilərin sayı 1 milyonu keçdi
Türkiyə seçkilərinə xaricdən qatılan seçicilərin sayı 1 milyonu ötüb.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, mayın 14-də Türkiyədə keçiriləcək Prezident və 28-ci Dövr parlament seçkiləri üçün xarici seçici siyahılarında qeydə alınmış 1 milyon 7 min 165 seçici artıq səs verib.
Qeyd edək ki, aprelin 27-də gömrük qapılarında və xarici nümayəndəliklərdə başlayan səsvermə prosesindən bir həftə keçir.
Ali Seçki Qurumundan (YSK) verilən məlumata görə, indiyədək 1 milyon 7 min 165 seçici xarici nümayəndəlik və gömrük qapılarında səs verib.
Busaat.az























