
Türkiyə Silahlı Qüvvələrindən uğurlu ƏMƏLİYYAT - 184 terrorçu MƏHV EDİLDİ
Türkiyə İraq və Suriyanın şimalında 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatın iştirak etdiyi “Pəncə-Qılınc” hava əməliyyatı keçirib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Qılınc əməliyyatı başlayandan indiyədək 184 terrorçu təyyarə və yerdən atəş dəstəyi ilə öldürülüb. Hesablamalarımıza görə bu rəqəm artacaq. Son terrorçu məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik” – deyə, məlumatda bildirilib.
Qeyd edək ki, Noyabrın 20-nə keçən gecə Türkiyə İraq və Suriyanın şimalında 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatının iştirak etdiyi “Pəncə-Qılınc” hava əməliyyatı keçirib. Türkiyə Müdafiə Nazirliyi əməliyyatın uğurla keçdiyini bildirərək əsas baza və terrorçuların sıx cəmləşdiyi məntəqələrin məhv edildiyini açıqlayıb.
Busaat.az























