Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə və Ermənistan BARIŞIR – İlk ADDIM ATILDI

image-thumbs_b_c_0adf072e30ca7548e64ea34acd726769-780x470
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan sərhəd məntəqəsindən Türkiyəyə humanitar yardım göndərib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç buna görə Ermənistana minnətdarlığını bildirib. 1988-ci ildə Ermənistanda zəlzələ olanda Türkiyə eyni marşrutla qonşu ölkəyə humanitar yardım göndərmişdi.

Busaat.az Teleqraf.com-a xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Otuz ildən sonra Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana təhlükə yaradırmı?

Politoloq bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi:

“Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubinyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq.

Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən, Ermənistan öz məhsullarını Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur”.

Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi?

Elxan Şahinoğlu hesab edir ki, bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır:

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı, Ermənistan üçün də faydalı olacaq. Ancaq Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O, buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100356