Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

“Türkiyə və Ermənistan konstruktiv dialoqa razılaşıb” - Rusiya XİN

image-rusiya_xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri konstruktiv, qeyri-siyasi şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdirdilər”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan və Türkiyənin xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıçın cümə günü Moskvada baş tutan ilk görüşü ilə bağlı yaydığı məlumatında deyilir.

“Tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə, açıqlıq ruhunda və praktiki nəticələrə diqqət yetirərək, sadədən mürəkkəbə doğru “kiçik addımlarla” keçirməyə hazır olduqlarını nümayiş etdirdilər”, – məlumatda qeyd edilir.

Bildirilir ki, tərəflər regionda sabitlik və iqtisadi tərəqqi maraqlarına uyğun olaraq iki ölkə xalqının rifahı naminə işləyəcək ümumi əsasların axtarışını davam etdirmək barədə razılığa gəliblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68527